...OpenAI-nin baş direktoru Sam Altman, invaziv olmayan beyin-kompüter interfeysi hazırlayan yeni bir startap olan Merge Labs-ı maliyyələşdirir.
Əməliyyat və implantasiya edilmiş elektrodlar tələb edən Elon Mask-ın Neuralink-dən fərqli olaraq, Merge Labs, insan düşüncələrini əməliyyat olmadan "oxumaq" üçün ultrasəs və maqnit sahələrindən istifadə edir.
… SİA xəbər verir ki, The Verge-nin məlumatına görə, Merge Labs, OpenAI-nin vençur qolu vasitəsilə 250 milyon dollar maliyyələşdirmə toplayır.
Tərtibatçılar arasında ultrasəs əsaslı beyin rabitəsi üzrə tədqiqatları ilə tanınan Caltech-də biomühəndis olan Mixail Şapiro da var.
Şapironun Caltech-dəki işi göstərdi ki, səs dalğaları neyronları fiziki olaraq birləşdirmək əvəzinə stimullaşdırmaq üçün istifadə edilə bilər.
O, həmçinin hüceyrələri ultrasəsə həssas etmək üçün genetik olaraq dəyişdirib.
Sam Altman əvvəllər başına heç nə yerləşdirməyəcəyini söyləmişdi, amma sadəcə düşünməyə imkan verən bir texnologiya arzusunda idi və ChatGPT cavab verərdi: “Bəlkə də sadəcə 'oxu rejimi' istəyirəm. Beləliklə, süni intellekt düşüncələrimi başa düşə bilər, amma onları dəyişdirə bilməz.”
Şayiələrə görə, məhz bu konsepsiya - "yalnız oxumaq üçün" beyin interfeysi - Merge Labs-ın təməlidir.
Startap, səs dalğaları və maqnit sahələrinin kombinasiyasından istifadə edərək, əməliyyat olmadan beyin siqnallarını oxuya bilən bir sistem yaratmaq istəyir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB