"Ata-ana sevgisi uşağın psixoloji bütövlüyünü formalaşdırır" - SOSİOLOQ DANIŞDI
"Yetim qalmaq taleyin ən ağır sınaqlarından biridir". Bu sözləri SİA-ya açıqlamasında İctimai xadim, şəhid ailələrinə dəstək tədbirlərinin təşkilatçısı, xeyriyyəçi, sosioloq Arzu Əliyeva deyib.

Onun sözlərinə görə, bu, həm ciddi, həm də həssas bir mövzudur: "Mövzunu daha dərindən və geniş şəkildə dəyərləndirmək üçün biz yetim psixologiyasını araşdırmalıyıq. İnsanın normal mövcudluğunu və fəaliyyətini təmin edən əsas amillər onun fizioloji və psixoloji bütövlüyüdür. Psixoloji bütövlüyü müəyyən edən başlıca faktorlar — insanda özünə və başqalarına inam, emosional dayanıqlıq və intellektual səviyyədir. Bu amillərin formalaşmasında övlada ata-ana sevgisi və qayğısı əvəzolunmaz rol oynayır. Yetim uşaqlara isə bu sevgi və qayğını vermək dövlətin və cəmiyyətin üzərinə düşür.
Dövlət tərəfindən uşaq evlərinə göstərilən diqqət və qayğı danılmazdır. Bununla yanaşı, uşaq evlərinə cəmiyyətin, qeyri-hökumət təşkilatlarının və medianın nəzarəti daha da gücləndirilməlidir. Yetim uşaqlar onlara olan məhəbbət və qayğını hər zaman hiss etməlidirlər. Bu məqsədlə uşaq evlərində çalışan tərbiyəçilərin və müəllimlərin mənəvi və peşəkar keyfiyyətlərinin yüksək səviyyədə olması son dərəcə vacibdir.
Bütün dinlər insanları sevgiyə, mərhəmətə və bir-birinin dərdinə şərik olmağa çağırır. Bu həssaslıq və şəfqət hissi, xüsusilə yetim uşaqlara qarşı münasibətdə çox önəmlidir. Yalnız bu yolla yetim uşaqlarda sağlam fizioloji və psixoloji amilləri formalaşdırmaq, onların cəmiyyətə normal inteqrasiyasını təmin etmək mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB