Sankt-Peterburqda Lenizdat binası yanır…

SİA xəbər verir ki, "Moika üzərində mash" Telegram kanalının məlumatına görə, Sankt-Peterburqda Lenizdat nəşriyyatının binası yanır.

Yanğının səbəbi, eləcə də mümkün itkilər barədə məlumat hələlik məlum deyil.

Nəşrin məlumatına görə, yanğından tüstü Fontanka sahilini bürüyüb.

Binanın pəncərələrindən də alovlar qalxır. Şahidlərin hadisə yerindən çəkdiyi görüntülər də internetdə yayılıb. Görüntülərdə Lenizdat binasından alov və qatı qara tüstü qalxır.

Daha əvvəl Moskvanın Planernaya küçəsindəki çoxmərtəbəli binada baş verən yanğın söndürülüb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə