“Məhsulun bitki mənşəli olması onun zərərsiz olduğu anlamına gəlmir“ - MÜTƏXƏSSİS AÇIQLADI
“Arıqlama çayları, kapsulları və s. bu kimi vasitələrin hər biri məhz biznes maraqları çərçivəsində hazırlanmış məhsullardır. Bu zaman da istehlakçıları aldatmaq üçün ən çox istifadə etdikləri üsul məhsulun bitki mənşəli olduğunu bildirməkdir. Bir məhsulun bitki mənşəli olması isə onun zərərsiz olduğu anlamına gəlmir. Çünki hər bir bitkinin müalicəvi xüsusiyyətləri ilə yanaşı yan təsirləri də var. Bitki mənşəli hər hansı bir çay insanlarda arıqlamağa səbəb olursa, bu orqanizmin müdaxilə yolu ilə pozulması deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
O bildirib ki, bir çox hallarda tövsiyyə olunan arıqlama çayları maddələr mübadiləsini sürətləndirir və bu da süni şəkildə islah, qusma halları yaradır: “Bununla da insan çəki verdiyini zənn edir. Lakin bağırsaq mikroflorası zədələnir. Belə olan halda isə insan orqanizmində immun çatışmazlığı baş verir və xəstəliklərin yaranmasına şərait yaradır. Sözügedən çaylar həkim və ya mütəxəssis məsləhəti olmadan istifadə olunduqda daha ciddi nəticələr verir.
Xüsusilə gənc xanımlar sözügedən arıqlama məhsullarına üstünlük verirlər. Xanımlar ana olmadan öncə bu məhsulları qəbul etdikdə gələcəkdə dünyaya gələn uşaqların xəstəliklə doğulmasına səbəb olur. Digər tərəfdən bu məhsullar reklam vasitəsilə satılır və harada istehsal olunduğu, mənşəyi və s. bilinmir. Buna görə də xoşagəlməz hallar olduqda insanlar kimə, hara müraciət edəcəklərini bilmirlər. Orqanizmin çəkisini normada saxlamaq istəyiriksə, sağlam qidanlanmağa, yuxu rejimi və fiziki aktivliyə diqqət etmək lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB