Fridrix Merts: “Vilnüsün müdafiəsi Berlinin müdafiəsidir...”

Litva paytaxtında Almaniya kanslerinin sözləri yazılmış xatirə lövhəsi açılacaq...

...Noyabr ayında Vilnüsdə Almaniya kansleri Fridrix Merzin sözləri yazılmış xatirə lövhəsinin açılışı planlaşdırılır. Bələdiyyə nümayəndələri bildiriblər ki, "Merzin alman briqadasının andiçmə mərasimi zamanı dediyi sözlərin bu ilin noyabr ayında əbədiləşdirilməsi planlaşdırılır".

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Delfi yazır.

Şəhər Şurası bu qərarı avqust ayında keçirilən iclasında qəbul edib.

Deməli, lövhədə Merzin may ayında Vilnüsdə dediyi sözlərdən bir sitat olacaq: "Litvanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Vilnüsün müdafiəsi Berlinin müdafiəsidir".

Bu ifadə həmçinin ingilis və alman dillərində də həkk olunacaq.

Lövhə Vokieçių küçəsinə baxan Bələdiyyə binasının divarına quraşdırılacaq.

2002-ci ildə Litvaya səfər edən ABŞ-ın o vaxtkı prezidenti Corc Buş Vilnüs Bələdiyyə binasında toplaşan litvalılara müraciət edərkən oxşar bir açıqlama vermişdi.

O, "Litvanı düşmən seçən hər kəs ABŞ-ın düşməninə çevriləcək" deyə bəyan edib.

Corc Buşun bu ifadəsi Vilnüs Bələdiyyə binasındakı xatirə lövhəsində də əbədiləşdirilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə