"Sərəncamlar su qıtlığı probleminin qarşısının alınması deməkdir" - DEPUTAT ŞƏRH ETDİ

“Ağstafa və Qazax rayonlarının14 yaşayış məntəqəsində əkin və həyatyanı sahələrin suvarılması, o cümlədən içməli suya olan təlabatın ödənilməsi məqsədilə 16 artezian quyusunun qazılması ilə bağlı imzalanmış sərəncam bu rayonlarda su probleminin həll olunmasında xüsusi rol oynayacaq”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputatın sözlərinə görə, cənab Prezident ölkədə həm içməli, həm də suvarılma suyu ilə bağlı probllemlərin həlli ilə bağlı imzaladığı sərəncamları ilə ölkəmizdə bu infrastruktur müasirləşmiş və suya olan təlabatın ödənilməsi məsələsi demək olar ki, öz həllini tapmaq üzrədir: “Son 18 il ərzində böyük həcimli su anbarları tikilib, təsərrüfatlar arası yeni beton kanallar çəkilib, suyun itkisinin qarşısının alınması istiqamətində çoxlu tədbirlər görülüb. Biz bilirik ki, dünyada su problemi qloballaşmaqdadır. Su olmadan kənd təsərrüfatda hər hansı uğur əldə etmək mümkün deyil. Cənab Prezidentin imzaladığı sərəncamlar gələcəkdə də qarşılaşa biləcəyimiz su qıtlığı probleminin qarşısının qabaqcadan alınması deməkdir. Məhz dövlət dəstəyi ilə ölkəmizin kənd təsərrüfatı öz inkişaf dövrünü yaşayır”.

A.Badamov vurğulayıb ki, ölkə başçımızın imzaladığı sərəncamlar həm də ölkəmizin iqtisadi gücünü göstərir: “Bir tərəfdən uğurla müharibə aparıb torpaqlarımızı işğaldan azad etmişik. Digər tərəfdən isə həm işğaldan azad olunmuş ərazilərimizdə kompleks yenidənqurma-bərpa işləri aparılır, həm də digər rayonlarda da sosial layihələrin icrası davam etdirilir. Təbii ki, bütün bu uğurlarımız dövlət başçısının apardığı sosial-iqtisadi siyasəti sayəsində əldə olunub”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...