Xaricdə aksiyalarda nümayiş etdirilən Azərbaycan bayrağı Cıdır düzündə FOTO

Xaricdə aksiyalarda nümayiş etdirilən Azərbaycan bayrağı Cıdır düzündə FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşa şəhərində səfərdə olan diaspor nümayəndələri əsrarəngiz Cıdır düzündə olublar.

Komitədən SİA-ya bildirilib ki, soydaşlarımız Şuşanın azad edilməsi xəbərini xalqımıza çatdırarkən Prezident, Ali Baş Komandan İlham Əliyevin söylədiyi "Əziz Şuşa, sən azadsan!" və Qarabağ Azərbaycandır!" şüarlarını təkrar-təkrar səsləndiriblər.

Avropanın və ABŞ-ın müxtəlif şəhərlərində keçirilən aksiyalar zamanı nümayiş etdirilən iri ölçülü Azərbaycan bayrağını Cıdır düzündə dalğalandıran soydaşlarımız Azərbaycanın Dövlət Himnini ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə