Hər bir dövlətin işğala məruz qalmış torpaqlarının bərpası tarix boyu ən müqəddəs vəzifələrdən biri olub. Bu vəzifənin yerinə yetirilməsi dövləti qaliblər sırasına çıxarıb və onun xalqını daha məğrur edib. Belə bir qürur doğuran taleyi indi Azərbaycan yaşayır. Ermənistanın işğalına son qoyaraq ərazi bütövlüyünü təmin edən xalqımız son 200 illik tarixinin ən şərəfli səhifələrini yazdı.
44 gün davam edən Vətən müharibəsi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yenilməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində Qələbə ilə başa çatdı. Bu qələbə istər Azərbaycan, istər Ermənistanla bağlı həqiqətlərə yeni işıq saldı. 44 gündə Azərbaycan Ordusu özünün mühtəşəm qələbələri ilə dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Hərbi əməliyyatların aparıldığı 1 ay 10 günlük müddət göstərir ki, Azərbaycan Ordusu mümkün olmayanı etməyə qadirdir.
Ermənistana gəldikdə, ikinci Qarabağ müharibəsi ilk gündən göstərdi ki, bu işğalçı dövlət Azərbaycanla hərb meydanında mübarizə aparmağa qadir deyil. Bu savaş təsdiqlədi ki, işğal siyasətinin qurbanı olan Ermənistan 30 il əvvəl necə idisə, elə də qalıb və inkişaf baxımından bir addım belə addımlaya bilməyib. Ali Baş Komandan Prezident ilham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi ilk gündən dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi. Yeni reallıq ondan ibarətdir ki, Azərbaycan ərazi bütövlüyünü təmin etdi və Ermənistanın Dağlıq Qarabağın statusu ilə bağlı bütün planlarının üstündən xətt çəkildi. Bütün dünya gördü ki, separatçı rejimlərə və işğal siyasətinə necə son qoyulur və beləliklə, 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi.
Artıq Ermənistanın Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratlarını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşüb. Dağlıq Qarabağla bağlı bütün tənzimlənmələr yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipləri çərçivəsində həll ediləcək. İndi bütün şərtləri Azərbaycan diktə edir. Məğlub Ermənistan isə bu şərtləri yerinə yetirməyə məhkumdur.
Camaləddin Cabbarov, Mahmudavar kənd tam orta məktəbinin coğrafiya müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB