Daşkəsəndə şəhid döyüşçülərin ailələri ziyarət olunub - FOTOLAR

Mayın 10-11-də Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş döyüşçülərin ailələri ziyarət olunub. SİA-nın verdiyi məlumata görə, şəhidlərin ailə üzvləri Ramazan bayramı münasibətilə təbrik edilib, onlara ərzaq bağlaması verilib.

Görüşlərdə bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görürlər.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...