Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çağırışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında Azərbaycan Türkiyə İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyin Böyükfıratın dəstəyi ilə “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində 17-ci tədbir olaraq İmişli rayonunu əhatə edən bütün şəhid ailələrinə sovqatların çatdırılmasına başlanılıb. SİA-nın verdiyi məlumata görə, şəhid ailələri ilə görüşdə torpaqlarımızın azadlığı uğrunda canından keçən hər bir qəhrəmanın ailə üzvlərinin dövlətə əmanət olduğunu, daim ən yüksək diqqət və qayğı ilə əhatə ediləcəyi qeyd edilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB