İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 946 mənzil veriləcək

Şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə və fərdi evlərlə təminatı davam etdirilir. SİA-nın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 2018-ci ildə 626, 2019-cu ildə 934 mənzil və fərdi ev verilib.

2020-ci ildə isə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq son 20 gün ərzində 250 mənzil olmaqla, ümumilikdə 554 mənzil verilib.

Digər mənzillər və fərdi evlərin isə ilin sonunadək verilməsi planlaşdırılır. Ümumilikdə indiyə kimi şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...