"Prezidentin fikirləri cəmiyyətin tarixin dərslərindən nəticə çıxarmağa xidmət edir"

“Cənab Prezidentin XX əsrin əvvəlləri ilə bağlı fikriləri elmi əsaslara söykənir”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında deputat İsa Həbibbəyli deyib.

O bildirib ki, Prezident tərəfindən səslənən fikirlər Azərbaycan cəmiyyətinin tarixin dərslərindən nəticə çıxarmasına xidmət edir.

O, Naxçıvandan gəlmək istəyənlər üçün hava yolundan başqa yol olmadığını da diqqətə çatdırıb: “Bu məsələni həll etmək lazımdır. Ona görə Operativ Qərargahın açıqlamasına baxmayaraq, bu işlərin mümkün qədər tezləşdirilməsi lazımdır. Eyni zamanda Naxçıvandan gələnlər üçün sadələşmiş qaydalardan istifadə olunmasını təklif edirəm”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə