Bostonda Xocalı soyqırımına etiraz

ABŞ-ın Massaçusets ştatının Boston şəhərində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş etiraz aksiyası keçirilib. SİA xəbər verir ki, aksiyada Azərbaycan icmalarının Bostonda və onun ətrafında yaşayan üzvləri iştirak ediblər.

Nümayişçilərin əllərindəki plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında faktlar əks olunub. Bannerlərdə dünya birliyinə müraciətlə Xocalı soyqırımını dövlət səviyyəsində tanımaq şüarları, həmçinin bu faciənin Massaçusets ştatı daxil olmaqla Amerikanın 20-dən çox ştatı və dünyanın bir sıra ölkələri tərəfindən tanınması və pislənməsi haqqında məlumatlar yer alıb. Şəhər sakinlərinə Xocalı soyqırımı haqqında faktları əks etdirən vərəqələr paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...