Təkrarsız və əvəzolunmaz Ümnisə xanım

Ümnisə xanım 1902-ci il oktyabr ayının 9-da anadan olmuşdur. 1929-cı ildə Bakı Dövlət Universitetinin tibb fakultəsini bitirmişdir. Əmək fəaliyyətinə 1926-cı ildə təhsil aldığı ali məktəbin oftalmologiya kafedrasında, ordinator vəzifəsindən başlamış, 1932-ci ildə assistent, 1933-cu ildə isə dosent vəzifəsinə seçilmişdir.
1935-ci ildə onun "dosent" elmi adı təsdiq edilmişdir. 1936-cı ildə "Göz billurunun qazanılma çıxığı" mövzusunda dissertasiya müdafıə edərək, "oftalmologiya" ixtisası üzrə tibb elmləri doktoru-alimlik dərəcəsi almışdır. Həyatını həmişəlik olaraq oftalmologiya kafedrasına bağlayan Ümnisə xanımın professor elmi adı 1943-cü ildə təsdiq edilmiş və o, 1945-ci ildə işlədiyi kafedranın müdiri vəzifəsinə seçilərək ömrünün sonuna qədər həmin kafedraya rəhbərlik etmişdir.
Deyirlər, Albert Eynşteynin gözlərində qeyri-adi parıltı varmış, heç bir fotoaparat, kinokamera o şövqü, parıltını kağıza və lentə fıksə edə bilməyib. Bunu, ona görə yazdım ki, Ümnisə xanımın üzündə qeyri-adi nur var idi. O, otağa daxil olanda, otaq işıqlanırdı. Fotoşəkillərdə o nurun cüzi bir hissəsi qalırdı. Qeyd edək ki, bu dövrdə adı çəkilən kafedra 1930-cu ildə Azərbaycan Dövlət Universitetindən ayrılaraq, müstəqil fəaliyyətə keçmiş və Azərbaycan Dövlət Tibb İnstitutunda (indiki Azərbaycan Dövlət Universiteti) fəaliyyət göstərirdi.
Ümnisə xanım əmək fəaliyyətinə başladığı illərdə Azərbaycanda epidemioloji vəziyyət olduqca gərgin idi. Respublikada malyariya və traxoma kimi infeksion xəstəliklər geniş yayılmışdı. Təbii ki, Ümnisə xanım ixtisası ilə əlaqədar əsas qüvvə və bacarığını görmə orqanlarının infeksion xəstəliyi olan traxomanın müalicə və profılaktikasına sərf edirdi. O, İkinci Dünya Müharibəsi illərində kafedraya rəhbərlik etməklə yanaşı, Bakı şəhərində təşkil edilmiş oftalmologiya hospitalında məsləhətçi kimi fəaliyyət göstərir və yaralıların görmə orqanlarının zədələnmələrinin müalicəsində fəal iştirak edirdi.
Professor Ü.Musabəyova görkəmli alim, həkim, müəllim və ictimai xadim kimi respublikada hüsn-rəğbət qazanmışdı. O, Azərbaycan Ali Sovetinin deputatı seçilmiş, bir çox orden və medallarla təltif edilmiş, ona əməkdar elmi xadimi adı verilmişdir.
Ömrü boyu oftalmologiyanın nəzəri və praktik problemləri üzrə elmi tədqiqatlarla məşğul olan, hipertoniya xəstəlikləri və hamiləlik zamanı görmə orqanında törənən ağırlaşmaların tədqiqi ilə də məşğul olunmuş, bir sıra tədqiqatlarını isə görmə siniri zədələnmələrinin klinikası və müalicəsinə həsr etmişdir. Onun gözün akkomodasiya qabiliyyətinin tədqiqinə həsr etdiyi tədqiqat işləri görmə orqanın fıziologiyası sahəsinə əsaslı yeniliklər gətirmişdir. Ümnisə xanım çap edilmiş 200-dən artıq elmi əsərin, o cümlədən, Azərbaycan dilində ilk "Göz xəstəlikləri" dərsliyinin, traxomanın diaqnostika, müalicəsi və profılaktikasına həsr olunmuş metodik vəsaitin "Reftraksiya, akkomodasiya və optik linzaların təyini", "Hamiləlik patalogiyalarını müşayət edən göz xəstəlikləri" monoqrafıyalarının müəllifidir.
Ümnisə xanım "Vestnik oftolmalogiyi" jurnalının, "Azərbaycan Tibb jurnalı"nın, Azərbaycan SSR Səhiyyə Nazirliyi Elmi-Tibbi jurnalının üzvü olmuş, 1997-ci ildə ömrünün sonuna qədər Azərbaycan Oftalmologiya Cəmiyyətinin sədri və SSRİ Oftalmologiya Cəmiyyətini İdarə Heyətinin üzvi olmuşdur.
O, oftalmologiya üzrə müxtəlif xarici ölkələrdə keçirilən çoxsaylı Beynəlxalq Elmi Konqres və konfranslarda iştirak edərək, dərin məzmunlu məruzələr etmişdir. Ümnisə xanım 1960-cı ildə Tunisdə keçirilən Beynəlxalq Konqresdə belə konqreslərin təşkili üzrə daimi komissiyaya üzv seçilmişdir.
Ümnisə xanım elmi-pedaqoji və həkimlik fəaliyyəti ilə yanaşı, ölkənin ictimai-siyasi həyatında da böyük fəallıq göstərmişdir. O, SSRİ Sülh Müdafıə Komitəsinin Xarici Ölkələrlə Əlaqə Cəmiyyətinin, Sovet Qadınları Komitəsinin üzvi olmuş, bu komitələrin üzvi kimi dəfələrlə ABŞ, Yaponiya, Kanada, Vyetnam, Norveç, İsveçrə, Fransa, Böyük Britaniya, Kuba və digər ölkələrə ezam edilməsi, həmin ölkələrdə dünya xalqları arasında sülh və əməkdaşlığın təbliğinə həsr edilmiş çıxışlar etmişdir. Bu sahədəki fəaliyyətinə görə Ümnisə xanım Ümumdünya Sülh Müdafıə Komitəsinin Fəxri Fərmanları ilə təltif edilmişdir. O, 5-ci və 6-cı SSRİ Ali Sovetinin deputatı seçilmişdir.
Ümnisə xanım Musabəyovanın nümunəvi elmi və pedaqoji fəaliyyəti dövlət orqanlarının da diqqətindən kənarda qalmamışdır. O, Lenin Ordeni və müxtəlif medailarla təltif edilmiş, 1951-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. O, 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvi seçilmişdir.
Bütün bunlarla yanaşı, Ümnisə xanımın həyat yolu heç də asan olmamışdır. Keçən əsrin 30-cu illərində Sovet İttifaqında həyata keçirilən repressiyalar Ümnisə xanımın ailəsinə öz təsirini göstərmişdir. Onun həyat yoldaşı Azərbaycanda elmi dermatoveneralogiyanın banilərindən biri-professor İbrahimzadə həmin illərdə saxta ittihamlarla həbs edilərək, uzun müddət Sibirə sürgün edilmiş, sürgün müddətinin başa çatdığı 1946-cı ildən 1948-ci ilə kimi, Bakı şəhərində yaşamaq hüququndan məhrum edilmişdir. Bizim fıkrimizdə, Ümnisə xanımın bu şəraitdə elm və təhsil sahəsində fədakarcasına çalışması, onun Vətəninə və xalqına nə dərəcədə bağlı olduğunun göstəricisidir.
Ümnisə xanım okeanda üzən böyük aysberq idi. Bu aysberqin zirvəsi oftalmologiya elminin bütün üfuqlərindən görünsə də, onun özü olduğundan qat-qat böyük imiş.
Ümnisə xanım düzlük sevən və sözübütöv şəxsiyyət idi. 5-6 il sonraya verdiyi sözün üstündə dururdu.
Ümnisə xanım çox böyük alim idi. Son iyirmi ildə dörd ildən bir dünyanın müxtəlif ölkələrində çağırılan Asiya və Avropa ölkələri oftalmoloqlarının ümumi konqresində həmişə sovet elmi nümayəndə heyətinə başçılıq etmişdir.
Ümnisə xanımı sevərdilər. Ümnisə xanımdan soruşardılar, Ümnisə xanıma həsəd aparardılar, Ümnisə xanımla hesablaşardılar. Professor Ümnisə xanım Musabəyovanın ən mühüm xidmətlərindən biri də respublikamız üçün oftalmoloji elmi kafedraların hazırlanması olub. Onun rəhbərliyi altında 3 doktorluq, 12 namizədlik dissertasiyası müdafiə olunmuşdur. O, çox etibarlı, xalqını sevən, qayğıkeş ana, həyat yoldaşı, yaxşı həkim və alim idi.
Professor Ümnisə xanım Musabəyova görkəmli alim, həkim, müəllim və ictimai xadim kimi respublikada böyük hörmət qazanmışdır.

Əyyub Məmmədov,
tibb elmləri üzrə fəlsəfə doktoru
Respublikanın əməkdar həkimi, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə