İtaliya miqrantlar üçün hava limanlarını bağlayacaq

İtaliya miqrantlar üçün hava limanlarını bağlayacaq

İtaliya Almaniyadan miqrantları icazəsiz gətirən təyyarələr üçün hava limanını bağlayacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın daxili işlər naziri Matteo Salvini açıqlayıb.

O bildirib ki, Almaniya ilə İtaliya arasında imzalanacaq sənədə əsasən, Almaniya yalnız İtaliyadan sığınacaq istəyən miqrantları geri qaytarmalıdır. Lakin hazırda bu sənəd imzalanmayıb.

Qeyd edək ki, İtaliya mətbuatında yazılanlara görə, Almaniyanın Qaçqınlarla iş İdarəsi miqrantlara onlarla məktub göndərərək, onlara çarter səfərləri ilə İtaliyaya qayıtmağa dəvət edib və ilk reysin oktyabrın 9-da ediləcəyi planlaşdırılır.

"Əgər kimsə Berlinvə Brüsseldə onlarla miqrantları qanunsuz şəkildə İtaliyaya gətirməyi düşünürsə, o zaman bilməlidirlər ki, bizim onları qarşılayacaq hava limanımız yoxdur və olmayacaq",-deyə daxili işlər naziri qeyd edib. "Biz dəniz limanlarımız kimi hava limanlarımızı da bağlayacağıq", - deyə Salvini əlavə edib.

İtaliya mətbuatında yazılanlara görə, Almaniyanın Daxili İşlər naziri Horst Seehofer hələ də bu bəyanata cavab verməyib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə