Daşkəsəndə vətəndaşların növbəti səyyar qəbulu keçirilib

Daşkəsəndə vətəndaşların növbəti səyyar qəbulu keçirilib

Bu gün Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev, təsdiq edilmiş qrafikə uyğun olaraq, Mollahəsənli kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və xidmət təşkilatlarının rəhbərləri, ərazinin icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, ölkəmizin hər bir guşəsində olduğu kimi, Daşkəsən rayonunda bütün sahələrində inkişafın olduğunu və genişmiqyaslı abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edərək, sakinlərin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.

Qəbulda çıxış edən kənd sakinləri görülən işləri müsbət qiymətləndirib, kənd ərazisində nasaz elektrik dirəklərinin və naqillərinin dəyişdirilməsi, kənddə tibb məntəqəsinin açılması, kənd avtomobil yollarının asfaltlaşdırılması, Əhmədli kəndinə qaz xəttinin çəkilməsi və şəxsi məsələlərə aid müraciətlər etmişlər. Kənd sakinlərinin müraciətlərini dinləyən rayon icra hakimiyyətinin başçısı səsləndirilən müraciətlərin yerində araşdırılaraq həll olunması məqsədilə aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz tövsiyə və tapşırıqlarını vermişdir. Qəbul zamanı kənd sakinlərini maraqlandıran digər məsələlər barədə də söhbətlər aparılmışdır.

Sonda kənd sakinləri hər zaman göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə