Bu gün Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, millət vəkilləri və başqaları iştirak edib.
Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov açıb: "Hazırda ölkəmizin hər yerində Ümummilli Lider Heydər Əliyevin 95 illiyi ilə bağlı tədbirlər keçirilir. Biz bu tədbirləri qeyd etməyə borcluyuq. Çünki Azərbaycan xalqının firavan yaşamasında Ulu Öndərin əməyi böyükdür. Onun uğurlu davamçısı Cənab Prezident İlham Əliyevdir. Biz İlham Əliyevin əsgəriyik. Onun ətrafında sığ birləşmişik. Bu tədbirin baş tutmasında bizə dəsətək olan hər kəsə təşəkkür edirik".
Qeyd edək ki, tədbir incəsənət ustalarının çıxışları ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB