Dövlət qulluğu imtahanlarında keçid balını toplayanların sayı

Dövlət qulluğu imtahanlarında keçid balını toplayanların sayı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu üzrə keçirilmiş imtahanlar nəticəsində keçid balını toplayan namizədlərin sayı açıqlanıb. SİA-nın xəbərinə görə, bu barədə “Dövlət qulluğu” jurnalının 4-cü nömrəsində bildirilir ki, DİM tərəfindən dövlət qulluğu üzrə keçirilmiş imtahanlar nəticəsində ümumilikdə 1439 nəfər keçid balını toplayaraq müxtəlif alt qruplara aid 1515 sertifikat əldə etmək hüququ qazanıb.

Jurnalda 2018-ci ilin I rübündə DİM tərəfindən dövlət qulluğu vəzifələrinin A (inzibati rəhbər vəzifələr) və B (inzibati icraçı vəzifələr) növü vəzifələr üzrə 3 test imtahanının keçirildiyi də qeyd olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə