Havanın mühafizəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydasında DƏYİŞİKLİK
Nazirlər Kabineti “Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edib. SİA-nın məlumatına görə, qaydanın indiyədək mövcud olan variantına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və onun müvafiq qurumları atmosfer havasının istehsalat məqsədləri üçün istifadəsini, habelə atmosfer havasına zərərli maddələrin atılması və ona zərərli fiziki təsirin norma və qaydalarını, xüsusi icazə şərtlərini pozan obyektlərin fəaliyyətini məhdudlaşdırmaq və müvəqqəti dayandırmaq səlahiyyətinə malik olublar.
Qərarın bu bəndinin verilən yeni redaksiyasında isə qeyd edilir ki, ETSN atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlər yerinə yetirilmədikdə, icazəni dayandırmaq və ya ləğv etmək səlahiyyətinə malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB