Dövlət Komitəsi müsabiqə elan edib

Dövlət Komitəsi müsabiqə elan edib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Nərimanov rayonu, E.İsaqzadə qəsəbəsi, 7-ci köndələn ünvanında yerləşən Milli Metrologiya Mərkəzinin yeni inzibati binasının ərazisində landşaft dizayn işləri ilə bağlı müsabiqə elan edib.

Bu barədə SİA-ya Komitədən məlumat verilib.

Müsabiqədə iştirak etmək istəyən şirkətlər cari ilin 10 aprel tarixinədək aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilər. Əlaqələndirici şəxs Anar Haqverdiyev: telefon: (+994 55) 739 87 24, e-mail:[email protected].

Bütün xəbərlər Facebook səhifəmizdə