Xoşbəxt Yusifzadə: "Ümid edirik ki, itkin düşmüş neftçilər yaxın günlərdə tapılacaq"
Dekabrın 15-də güclü külək nəticəsində "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin (NQÇİ) 3 nömrəli Neft Yığım Məntəqəsində baş vermiş hadisədə itkin düşmüş neftçilərin axtarış işləri davam etdirilir. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə müsahibəsində SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.
O bildirib ki, axtarış işləri hələlik heç bir nəticə verməyib: "Ümid edirik ki, itkin düşmüş neftçilər yaxın günlərdə tapılacaq".
X.Yusifzadə qeyd edib ki, qəzanın səbəblərini araşdırmaq üçün yaradılmış komissiya öz işini davam etdirir və nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB