Bu gün Bakı ağır cinayətlərə dair məhkəmədə hakim Eldar İsmayılovun sədrliyi ilə Xətai rayonu, Zığ yolu küçəsi 16 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı məhkəmə iclası keçirilib. SİA xəbər verir ki, Zərərşəkmişlər hüquqları barədə məlumatlandırılıblar. Sonra məhkəmə iclasında zərərçəkmiş və şahid vətəndaşların çıxışları dinlənilib.
Zərərçəkmiş Kəmalə Vəliyevanın şəxsi nümayəndəsi Oqtay Vəliyev biirib ki, mühakim olunanlarla şəxsi tanışlığı yoxdur. O.Vəliyev hadisə barədə danışarkən deyib ki, bina anidən alışıb. Belə ki, həmin vaxt güclü külək də əsirdi. "Sanki alova benzin tökmüşdülər" deyə qeyd edən O.Vəliyev həmçinin bildirib ki, hazırda həmin mənzildə yaşamır. O, eyni zamanda dövlət tərəfindən kompensasiyanın ödənildiyini də bildirərək, hadisədə ittiham olunan tərəflərin də təzminatın ödənilməli olduğunu məhkəmə heyətinə çatdırıb.
Sonra şahid Abbas Gündüzov çıxış etmək üçün məhkəmə zalına çağırılıb. O, qeyd edib ki, təqsirləndirilən şəxsləri - Sadıqov Fərid Akif oğlunu (Azərbaycan Respublikası CM-nin 225.2. və 308.2-ci maddələri ilə təqsirləndirilir) və Əşrəfov Zaur Oktay oğlunu (Azərbaycan Respublikası CM-nin 225.2. və 308.2-ci maddələri ilə təqsirləndirilir) tanıyır. Belə ki, A.Gündüzov 2013-cü ildən TNH şirkətində çalışmaq üçün mühasib vəzifəsinə işə götürülüb. Şahidin sözlərinə görə, o, vergi hesabatları hazırlayaraq müvafiq dövlət qurumuna göndərib. A.Gündüzov TNH şirkətinin nəzdində "Astoriya" tibb mərkəzinin də fəaliyyət göstərdiyini deyib və sonradan Fərid adlı şəxs tərəfindən oraya baş mühasib kimi işə götürüldüyünü bildirib. Onun yerinə isə Könül adlı vətəndaş işə cəlb olunub. O, həmin vətəndaşa vergi hesabatlarının verilməsi və s. sənədlərin hazırlanması ilə bağlı bəzi prosesləri başa saldığını bildirib. "Mən Könül xanıma" zavodla bağlı sənədləri təqdim etdim"-deyə qeyd edən A.Gündüzov bildirib ki, bu ilə bağlı əsas olaraq, Əliyev İlham adlı şəxslə əlaqə saxlayıb. O, şəxsin onun sinif yoldaşı olduğunu da qeyd edib.
Sonra şahid Süleymanov Hidayət Vlayət oğlu məhkəmə zalına çağırılıb. Şahid təqsirləəndirilən şəxslərdən Sadıqov Fərid Akif oğlunu (Azərbaycan Respublikası CM-nin 225.2. və 308.2-ci maddələri ilə təqsirləndirilir) və Əşrəfov Zaur Oktay oğlunu (Azərbaycan Respublikası CM-nin 225.2. və 308.2-ci maddələri ilə təqsirləndirilir) tanıdığını deyib. O, qeyd edib ki, təqsirləndirilən şəxslərlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. H.Süleymanov qeyd edib ki, TNH şirkətinə baş məsləhətçi kimi işə cəlb olunub. Belə ki, o işə cəlb olunduğu vaxt zavodda tikinti işləri gedirdi. O isə orada qurulacaq dəzgahların alınmasında, qurulmasında və s. texniki idə iştirak edib.
Hakimin suallarını cavablandıran şahid bildirib ki, onun zavoda cəlb edlməsinə baxmayaraq, rəsmi işçi olmayıb və qeyri-rəsmi işçi kimi fəaliyyət göstərib.
H.Süsleymanov "poliuretan" məmulatının keyfiyyət və istehsal texnologiyasına bələd olmadığını deyib və kimyəvi tərkibini bilmədiyi qeyd edib.
Lakin hakim E.İsmayılov şahidə xatırladıb ki, bəzi şahidlər "poliuretan" materialların əvvəlki istehsalları ilə sonrakı istehsalının tərkibində fərqlərin olduğunu deyiblər. H.Sülüymanov isə bundan xəbərsiz olduğunu bildirib və qeyd edib ki, onun işi yalnız texniki sahə üzrə, eləcə də qəliblərin salınmasından ibarət olub və materialların tərkibi haqqında məlumatı olmayıb.
Şahidlər dindirildikdən sonra, hakim E.İsmayılov növbəti məhkəmə iclasını noyabrın 1-nə, saat 10:30-a təyin edib.
Xatırladaq ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda "TNH" şirkəti tərəfindən fasadında "poliuretan" materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb. Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə "TNH" şirkətinin fəaliyyətinə, istehsal etdiyi "poliuretan" məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb. Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən - qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə "TNH" şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbirinin müddəti artırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB