“Afrikaya bir sovqat, bir təbəssüm də sən oyat”

“Afrikaya bir sovqat, bir təbəssüm də sən oyat”

"Afrikaya bir sovqat, bir təbəssüm də sən oyat" adlı beynəlxalq yardım kampaniyasının yekununa həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransda "TİKA" Bakı ofisinin əməkdaşı Elmir Laçınov, "ASAN Könüllüləri" təşkilatının sədri Bəxtiyar İslamov, Türkiyə Milli Təhsil Nazirliyi Bakı Türk Anadolu liseyinin müdir müavini Ömər Durak, Uqandada həkim olaraq iştirak etmiş Rəşad Tahirov və "Könüllü Gənclər" İctimai Birliyinin üzvü Nurlan Məmmədov iştirak ediblər.

Layihənin yekun nəticələri barədə məlumat media nümayəndələrinə məlumat verilib. Bildirilib ki, su quyusu, Uqandanin Mpici vilayətinin Luunga ərazisində yerləşən Nsanja orta məktəbinin həyətində qazılıb. Yeni qazılmış bu quyu ərazidə ilk və yeganə quyu olduğundan, məktəblilərlə yanaşı ərazidə yaşayan yüzlərlə insanı da içməli su ilə təmin edəcək.

Məlumat üçün bildirək ki, "ASAN Könüllülәri" Tәşkilatı, "Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı" (TİKA) Bakı nümayәndәliyi, Bakı Türk Anadolu Liseyi vә "Könüllülük Fәaliyyәtinin Tәbliği" Gәnclәr İB-nin birgә layihәsi olan "Afrikaya bir sovqat bir tәbәssüm dә sәn oyat" adlı beynәlxalq yardım kampaniyası çərçivəsində Uqandada su quyusu qazılıb.

Qeyd edək ki, ümumilikdə 510 şagirdi təmiz su ilə təmin edəcək bu quyu həmin ərazidə qazılmış ilk su quyusudur.

Bütün xəbərlər Facebook səhifəmizdə