Arif Rəhimzadə: “Bələdiyyələrin fəailiyyəti ilə bağlı mühüm işlər görüləcək"

Arif Rəhimzadə: “Bələdiyyələrin fəailiyyəti ilə bağlı mühüm işlər görüləcək"

"Bələdiyyələrin fəailiyyəti ilə bir sıra mühüm işlər görüləcək. Ötən ildən bələdiyyələrin vergiləri və ödənişləri nağdsız halda almaq məsələsi qanunvericilikdə öz əksini tapıb. Bu, müsbət məsələ olsa da, onun icrasında müəyyən çətinlək var". SİA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin iclasında komitə sədri Arif Rəhimzadə deyib.

O, sözügedən məsələ ilə bağlı hazırda müəyyən tədbirlər görüldüyünü, təklif hazırlandığını qeyd edib: "Təkliflər ondan ibarətdir ki, bələdiyyələr vergiləri alarkən, onların vergi verənə təsir mexanizmi olsun. Bu məsələ ətrafında düşünülür".

A. Rəhimzadə bildirib ki, gündəlikdə bələdiyyələrin qeyri-hərrac yolu ilə mövsümi istifadəsi üçün torpaqların icarəyə verilməsi məsələsi də yer alıb və bununla bağlı müəyyən addımlar atılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə