Dini qurumların rəhbərləri Fransa səfirliyində

Dini qurumların rəhbərləri Fransa səfirliyində

Parisdə törədilmiş silsilə terror aktları nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Fransanın Azərbaycandakı səfirliyində "xatirə kitabı" açılıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və ölkəmizdə fəaliyyət göstərən dini qurumların rəhbərləri noyabrın 16-da Fransanın Azərbaycandakı səfirliyinə gələrək Fransa xalqına başsağlığı verib və "xatirə kitabı"nı imzalayıblar.

Fransanın Azərbaycandakı səfiri Oreliya Breşez kədərlərini bölüşdüklərinə, yüksək səviyyədə dəstəyə görə minnətdarlıq edib, ölkəsinin bunu yüksək qiymətləndirdiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə