Bu gün Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Turizm və Menecment Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Mərkəzdən SİA-ya verilən məlumata görə, anlaşmanın məqsədi Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində elm, tədris və təcrübənin uzlaşdırılmasını təmin etməkdir.
Memoranduma uyğun olaraq hər iki qurum Azərbaycanda vətəndaş cəmiyyəti institutları üçün təlim proqramlarının hazırlanması, qeyri-kommersiya qurumları üçün kadr potensialının formalaşdırılması istiqamətində birgə əməkdaşlıq edəcəklər.
Qeyd edək ki, Mərkəz tərəfindən 2002-ci ildə "QHT Məktəbi" yaradılmış və bu günə qədər 1000-dən çox insan onun məzunu olmuşdur. Sözügedən əməkdaşlıq memorandumu da məhz bu Məktəbin fəaliyyətinin daha da gücləndirilməsinə xidmət edəcək.
Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadənin əməkdaşlıqla bağlı fikirlərini bölüşərkən bildirmişdir ki, Azərbaycan Turizm və Menecment Universiteti bu gün nəinki ölkənin təhsil həyatında, həmçinin ictimai sosial həyatında vacib yer tutur. Biz əməkdaşlığımızı rəsmiləşdirməklə vətəndaş cəmiyyəti institutlarının inkişafı ilə bağlı yerli imkanların öyrənilməsi, hazırlanan proqram və layihələrin birgə dəyərləndirilməsi, habelə həyata keçirilməsi istiqamətində bundan sonra birlikdə fəaliyyət göstərəcəyik. "QHT Məktəbi" Azərbaycanda vətəndaş cəmiyyəti institutları üçün insan resursları hazırlayan bir təsisatdır. Bu təsisatın gücləndirilməsi üçün digər qurumlarla da əməkdaşlığı davam etdirəcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB