Yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı müddət uzadılıb

Yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı müddət uzadılıb

Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı müddətin uzadılmasına dair Sərəncam imzalayıb. Sənədə əsasən, yeni nəsil şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı müddət 2015-ci il dekabrın 1-dən 2017-ci il yanvarın 1-dək uzadılıb.

Sərəncamda Daxili İşlər, Ədliyyə, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Dövlət Miqrasiya Xidmətinə şəxsiyyət vəsiqələrinin hazırlanması məqsədilə görüləcək işlərin

2017-ci il yanvarın 1-dək başa çatdırılmasını təmin etmək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə