Bu gün hərbi hissələrdə "Açıq qapı" günü keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən, oktyabrın 25-də saat 11.00-da bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü keçirilib.
Ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şərait, eləcə də xidməti və inzibati binalar, əsgər yataqxanaları və yeməkxanaları ilə yaxından tanış olacaqlar.
Bundan əlavə, valideynlər hərbi hissələrin komandanlığı ilə görüşərək onları maraqlandıran suallara ətraflı cavab ala biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB