Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Uşaqların internet təhlükəsizliyi" mövzuna həsr edilən təlim keçirib. SİA-nın məlumatına görə, təlimdə ekspertlər mövzu il bağlı təqdimatlar edib, uşaqlarla qrup işləri, müzakirələr aparıb, həmçinin internet-onun faydaları, zərərləri haqda məsləhətlər veriblər.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək AQUPDK-nin fəaliyyətində uşaqların müstəqil özünü ifadə etmək bacarıqlarının, idarəetmə sahəsindəki biliklərinin artırılması, cəmiyyətdə öz hüquq və maraqlarının müdafiəsi ilə bağlı proseslərdə aktiv iştirakının təmin edilməsi istiqamətində tədbirlərin təşkilinə xüsusi önəm verildiyini söyləyib. Bildirib ki, müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiq olunması və yüksək sürətlə inkişaf etməsi danılmaz faktdır. Kompüter və internetin insan fəaliyyətinin bütün sahələrinə nüfuzu faydalı olduğu qədər də təhlükəli və zərərlidir.
Daha sonra Azərbaycan İnternet Forumunun prezidenti Osman gündüz də söz alaraq informasiya və internet asılılığının yaranmasına insanın yaş xüsusiyyətləri bilavasitə təsir etdiyini söyləyib. Diqqətə çatdırıb ki, internetin əsas istifadəçiləri olan uşaq və yeniyetmələr bu təsirə daha çox məruz qalırlar. Osman Gündüz internet təhlükəsindən uşaqları yayındırmaq üçün ən çox məsuliyyətin valideynlərin üzərinə düşdüyünü bildirib.
Qeyd edək ki, sonda Komitə tərəfindən təlimdə öz aktivliyi ilə seçilən iştirakçılar sertifikatlarla təltif ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB