Cavid Qurbanov səfirlə görüşdü

Cavid Qurbanov səfirlə görüşdü
Bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Türkiyənin Azərbaycandakı səlahiyyətli səfiri Alper Coşkunla görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

İkitərəfli görüşdə həmçinin Türkiyə və Azərbaycan ölkələrinin dəmir yollarının gələcək planları və bu əməkdaşlığın perspektivləri müzakirə olunub. Daha sonra Səfir Alper Coşkun çıxış edərək, "Azərbaycan Dəmir Yolları" QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldığını bildirib.

Qeyd edək ki, ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə