Aprelin 4-də Bakıda və Abşeron yarımadasında hava gün ərzində dəyişkən buludlu keçəcək, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Axşam bəzi yerlərdə duman, gecəyə doğru yarımadanın bəzi yerlərində az yağış yağacağı istisna olunur. Arabir güclənən cənub küləyi əsəcək, axşam mülayim şimal küləyinə keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-7, gündüz 8-12 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin, gün ərzində ayrı-ayrı qərb rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir.
Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 4-9, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB