Sebiya və Çexiya ilə hərbi məsələlər müzakirə edildi

Sebiya və Çexiya ilə hərbi məsələlər müzakirə edildi

Müdafiə naziri Serbiya və Çexiyanın Azərbaycandakı səfrilərini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçi qəbul edib. Nazir regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycanla Serbiya arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın olması barədə fikir mübadiləsi aparılıb.

Müdafiə naziri, həmçinin Çexiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonkanı qəbul edib. Z.Həsənov səfirə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Hərbi sahədə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə Çexiyanın ölkəmizdəki hərbi attaşesi polkovnik Yurji Padour iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə