1 oktyabr – Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü Lənkəranda da təntənə ilə qeyd edilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, prokurorluq işçiləri Heydər Əliyev Xatirə parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət edib önünə təzə-tər gül dəstələri düzüblər.
Sonra Lənkəran rayon prokurorluğunda bayram tədbiri keçirilib. Rayon prokuroru Natiq Abdullayev kollektivi təbrik edib, prokurorluq orqanlarının keçdiyi şərəfli yoldan danışıb.
Sonda hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluğun əməkdaşları təbriklərini söyləyiblər.
Qeyd edək ki, 17 iyul 1998-ci il tarixdə prezident Heydər Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə sərəncam imzalayıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB