Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sentyanrın 1-dən 5-dək Oberammerqau şəhərində (Almaniya) Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi kursu, sentyanrın 12-dək isə Ankara şəhərində (Türkiyə) Kiber müdafiə üzrə təlim kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə