Zabitlərimiz beynəlxalq tədbirə qatılacaqlar

1 Sentyabr 2014 12:21 (UTC+04:00)

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sentyanrın 1-dən 5-dək Oberammerqau şəhərində (Almaniya) Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi kursu, sentyanrın 12-dək isə Ankara şəhərində (Türkiyə) Kiber müdafiə üzrə təlim kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.