Vüqar Ələkbərov: “Özünə insan deyən bəndə heç vaxt öz millətinə, dövlətinə qarşı bu qədər düşmən kəsilməməlidir!” VƏTƏNDAŞ MÖVQEYİ

Vüqar Ələkbərov: “Özünə insan deyən bəndə heç vaxt öz millətinə, dövlətinə qarşı bu qədər düşmən kəsilməməlidir!” VƏTƏNDAŞ MÖVQEYİ

Ötən gün redaksiyamıza Bakı sakini, daimi oxucumuz Ələkbərov Vüqar Musa oğlu tərəfindən telefon zəngi edilib. Özünü təqdim edən Vüqar Ələkbərov bizimlə söhbətində bildirib ki, o Qarabağda baş verən son proseslər zamanı bəzi siyasətbazların ermənipərəs addımlarından hiddətlənir və bununla bağlı fikirlırini ictimailəşdirmək istəyir. Biz də vətəndaş mövqeyini açıqlamaq üçün onu redaksiyamıza dəvət etdik. Vüqar Ələkbərov SİA-ya açıqlamasında bildirdi ki, bu gün ölkəmizdə həssas olan bir məqamda, Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin Azərbaycanı dünya miqyasında lider dövlətə çevirdiyi, böyük zirvələrə yüksəltdiyi bir vaxtda bəzi üzdəniraq qüvvələrin siyasi divident axtarmaları, xarici təşkilatlar qarşısında nökərçilik edərək onların təlimatlarını yerinə yetirmələri bir vətəndaş kimi onu çox hiddətləndirir: "Mən ilk növbədə SİA-ya öz dərin təşəkkürlərimizi bildirmək istərdim ki, vətəndaşların səsini ictimaiyyətə çatırılmasında böyük işlər görürsünüz və mən də bu fürsətdən istifadə edərək, bəzi qaragüruhçu qüvvələrin bu ölkədə hansı əməllərə rəvac verdikləri barədə fikirlərimi bölüşdürmək istərdim. Bu gün Leyla və Arif Yunusların əməlləri ifşa olunub və bu ifşadan sonra onların müdafiələrinə qalxan, özlərinə "demokrat" adı qoyan Əli Kərimli, İsa Qəmbər, Xədicə İsmayıl kimi satqınlar tolumu əslində bir daha sübut etdilər ki, onlar Azərbaycanın milli dövlətçilik maraqlarına qarşı istənilən addımları atmağa hazırdırlar. İnanın ki, mən bur vətəndaş kimi, eyni zamanda kişi kimi onların adlarını dilimə almaq istəmirəm. Hansı ki, bu gün cəbhədə bizim igid, ər oğullarımız ermənilərlə qarşı-qarşıya dayanaraq, qanlarından, canlarından keçirlər".

"Bu gün belə üzdəniraq qüvvələr ölkə başçımızın humansitliyindən, demokratik idarəçiliyindən sui-istifadə edərək, öz çirkin, mənfur əməllərini həyata keçirməyə cəhdlər göstərirlər"-deyə qeyd edən Vüqar Ələəkbərov həmçinin bildirdi ki, bu ünsürlərin danışdıqlarına, yazdıqlarına baxdıqdan sonra istər-istəməz insanın içindən qəzəb hissi keçir: "Çünki özünə insan deyən bəndə heç vaxt öz millətinə, dövlətinə qarşı bu qədər düşmən kəsilməməlidir! Belə insanlar nəinki siyasi partiya rəhbəri olmamalı, eləcə də ölkədən çıxarılmalıdır! Çünki biz hazırda müharibə vəziyyətində yaşayırıq. Belə vəziyyətdə isə sərt qanunlar olur. Əgər belələri Azərbaycan dövlətçiliyinə xidmət etmək istəmirlərsə, demək onlara bu ölkənin havasını udub, suyunu içməyə də haqları çatmır".

Vüqar Ələkbərov onun kimi vətəndaş mövqeyində bir çox insanların olduğunu deyib: "Sizi inandırım ki, yalnız mən bu fikirdə deyiləm. Şəxsən mənim çevrəmdə olan dostlarım, tanışlarım, iş yoldaşlarım da mənimlə eyni fikri bölüşürlər. Sizin redaksiyaya gələndə onlar da məndən xahiş etdilər ki, bu fikirləri ictimailəşdirim. Bir neçə il öncə biz Avroviziya yarışları başlamamış onların bu oyunbazlıpqlarını gördük. İndi də qarşıdan Avropa oyunları gəlir. Gələn il bütün Avropa idmançıları, olimpiyaçıları Azərbaycana, Bakıya toplaşacaq. Avropann ürəyi Azərbaycanda döyünəcək. Bütün bunlara görə sevinmək, qürur duymaq yerinə bu ünsürlər ermənipərəst qüvvələrə nökərçilik edib, onların siyasətlərinə xal toplamağa çalışırlar. Çünki onlar həm də bu ölkə üçün çox təhlükəli adamdırlar. Bizim uşaqlarımız, gənclərimiz, gələcəyimiz üçün təhlükəli adamlardırlar. Bunlar heç müxalifət də deyillər. Axı burada hansı müxalifətbazlıqdan söhbət gedə bilər ki, açıq-aşkar dövlətin maraqlarını erməni lobbisinə satasan?!

Mən bir vətəndaş olaraq, həm də ehtiyatda olan hərbçiçi kimi Qarabağımızın çətin anlarında belələrinə üzmü tutub deyirəm. Əgər sizlər, erməni siyasi dairələrinə satılanlar mənfur əməllərinizdən əl çəkməsəniz, qaşrınızda mənim vətəndaşlardan ibarət kimi yüz minlərlə xalq ordusunu görəcəksiniz. Yetər bu milləti, dövləti, xalqı ermənipərəst siyasi dairələrinin maraqlarına satmağa! Ar olsun onlara!".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə