Mayın 20-də Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex ilə görüşüb.
Z.Əsgərov Avropa Şurası ilə Azərbaycanın əməkdaşlığından məmnunluqla söhbət açıb. O, bildirib ki, bizim münasibətlərimiz artıq yeni müstəvidə inkişaf edir. Azərbaycan Avropa Şurasının qarşısındakı öhdəliklərinin əksəriyyətini layiqincə və vicdanla yerinə yetirir. Lakin bəzi öhdəliklərin reallaşmamasının da öz obyektiv səbəbləri vardır.
Pedro Aqramunt Font de Mora Monitorinq Komitəsinin fəaliyyətinə verdiyi dəstəyə görə Azərbaycan Parlament nümayəndələrinə öz təşəkkürünü bildirib.
Qonaq Azərbaycanda səfərləri müddətində keçirdikləri və gözlənilən görüşlər barədə geniş məlumat verib.
Görüşdə əməkdaşlığın perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və digər məsələlər əsas müzakirə mövzusu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB