Türk Dünyası Bələdiyyələr Birliyinin nümayəndə heyəti Səbail rayon İH-də olublar FOTOLAR
Azərbaycanda rəsmi səfərdə olan Türk Dünyası Bələdiyyələr Birliyinin nümayəndə heyəti Səbail rayon İcra Hakimiyyətində olublar. SİA-nın xəbərinə görə, nümayəndə heyətini qəbul edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ilk öncə qonaqları salamlayıb, paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonun stateci əhəmiyyət kəsb etdiyini bildirib və rayonun tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri barədə ətraflı məlumat verib.
Asif Əsgərov son illərədə Azərbaycanda əldə olunan nailiyyətlər, sosial-iqtisadi inkişafdan, həyata keçirilən yeni layihələrdən, o cümlədən Səbail rayonunda görülən işlərdən danışıb, bu nailiyyətlərin qazanılmasında Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük rolunu qeyd edib.
Ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin, xalqlarımızın biri birinə nə qədər yaxın olmasını vurğulayan icra başçısı Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsindən, onun xalqımıza gətirdiyi bəlalardan söz açıb, bir neçə gündən sonra 22-ci ildönümü qeyd olunacaq Xocalı soyqırımı barədə məlumat verib.
Asif Əsgərov rayondakı hər üç bələdiyyə- Səbail, Badamdar və Bibiheybət Bələdiyyələri, onların fəaliyyətindən də söz açaraq bildirib ki, bələdiyyələr rayondakı abadlıq, sosial quruculuq işlərində yaxından iştirak edir, rayon İcra Hakimiyyəti ilə birgə vacib sosial layihələri reallaşdırırlar. O, həmçinin qarşıda duran vəzifələr barədə məlumat verib.
Ölkəmizdə səfərdən mənmunluq hissi keçirdiyini deyən Türk Dünyası Bələdiyyələr Birliyinin Məşvərət Şurasının üzvü Adəm Esen Azərbaycanın inkişafından qürür duyduğunu söyləyib. O, təmsil etdiyi qurumla Azərbaycan bələdiyyələri arasında tədrübə mübadiləsinin aparılmasının vacibliyindən danışıb.
Digər çıxış edənlər- Türk Dünyası Bələdiyyələr Birliyinin Baş katibi Mustafa Başqurt, Kutahya Bələdiyyə Başqanı Ahmet Torun, iş adamı Murat Şahin – ölkəmizə səfərin səmərəli olduğunu qeyd ediblər. Bakıda gördükləri qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirərək, Bələdiyyələr fəaliyyəti çərçivəsində əməkdaşlığın, həmçinin gələcək birgə layihələrin əhəmiyyətini vurğulayıblar. Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub.
Sonra qonaqlar Səbail rayonunun görməli yerlərində olublar, "Sahil bağı", Dənizkənarı Milli Parkı şəhərimizin gözəlliyinə vurğun olmalarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB