Ulu öndərin xatirəsinə həsr edilmiş layihə təqdim olunub TƏDBİR

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Məhdud Sağlamlıq və İnkişaf mərkəzi" İctimai Birliyi tərəfindən Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan Elektron Sosial xidmətləri layihəsinin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, ilk çıxış edən birliyin sədr müavini Bəybala İbadullayev bildirib ki, bu gün təqdim edilən layihənin ideolojik və hüquq bazası 1993-2003-cü illər arasında yeridilən sosial siyasətin nəticəsində yaranıb.

O bildirib ki, layihə Ulu öndərin xatirəsinə həsr edilib: "Layihənin təqdimatının bu günə salınması təsadüfi deyil. Bilirsiniz ki, 12 dekabr Ümummilli liderin anım günüdür. Təqdim etdiyimiz layihə məhdud sağlamlığı olan şəxslər və sosial sahədə çalışanlar, ölkəmiz üçüm milli mədəni intellektual inkişafa təkan verəcək. www.eliller-ikt-tmt.com internet layihəsinin əsas mahiyyəti əlillik problemləri, əlillərin sosial inkişafı, əlillik üzrə xidmət göstərən müəssisələr, şəxslər və təşkilatlar üçün ümimiləşdirilmiş informasiya bazası yaratmaqla yanaşı, sağlamlığı məhdud şəxslər üçün zəruri elektron sosial xidmətlər üzrə sistemin formalaşdırılmasını özündə əks etdirməkdədir. Bu layihə mütəxəssislər tərəfindən elektron hökumət portalı çərçivəsində düşünülən, əhatəli və bir çox mahiyyəti özündə əks etdirən ilk geniş proyekt kimi dəyərləndirilir".

Daha sonra çıxış edən birliyin sədri Günel Fazil qızı bildirib ki, təqdim edilən layihədə təqdim edilən xidmətlərin vahid mərkəzdən təklif edilməsi, sağlamlığı məhdud şəxslərin tibbi nöqteyi nəzərdən sini yorğunluqlarına səbəb olması, daha az zaman sərf etməklə istədikləri informasiyaları əldə etmələri, arzu və istəklərinə görə ehtiyac meyarı üzrə birbaşa xidmət almaq və xidmətverənə yönləndirmək baxımından çox əhəmiyyətlidir.

Qeyd edək ki, layihənin rəhbəri İbadullayev Bəybala, koordinatoru Günel Fazil qızıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə