Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulub.
SİA-nın məlumatına görə, ikinci oyun günündə daha 8 qarşılaşma baş tutub.
E qrupunun lideri "Çelsi" öz meydanında Almaniyanın "Şalke" klubunu qəbul edib. Qrupun digər oyununda "Styaua" (Rumıniya) "Bazel"in (İsveçrə) qonağı olub.
Günün maraqlı qarşılaşmalarından biri F qrupunda baş tutub. Burada Dortmund "Borussiya"sı "Arsenal"ı qəbul edib. Qrupun digər oyununda "Napoli" "Marsel" klubu ilə üz-üzə gəlib.
G qrupunda "Atletiko" (Madrid) "Avstriya"nı (Avstriya) qəbul edib. Qrupun digər oyununda "Porto" (Portuqaliya) "Zenit"in (Rusiya) qonağı olub.
IV turun ən maraqlı qarşılaşması isə H qrupunda olub. Burada "Barselona" doğma meydanda "Milan"ı sınağa çəkib. Qrupun digər oyununda "Seltik" səfərdə "Ayaks"la qarşılaşıb.
Turun son oyunlarının nəticələri aşağıdakı kimidir:
E qrupu
"Çelsi" (İngiltərə) - "Şalke" (Almaniya) - 3:0
"Bazel" (İsveçrə) - "Styaua" (Rumıniya) - 1:1
F qrupu
"Napoli" (İtaliya) - "Marsel" (Fransa) - 3:2
"Borussiya" (Dortmund, Almaniya) - "Arsenal" (İngiltərə) - 0:1
G qrupu
"Zenit" (Rusiya) - "Porto" (Portuqaliya) - 1:1
"Atletiko" (Madrid) - "Avstriya" (Avstriya) - 4:0
H qrupu
"Ayaks" (Hollandiya) - "Seltik" (Şotlandiya) - 1:0
"Barselona" (İspaniya) - "Milan" (İtaliya) - 3:1
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB