İcraçı prorektoru gənclərlə görüşüb

İcraçı prorektoru gənclərlə görüşüb

"ToDAY is SATURDAY" çərçivəsində Azərbaycan Diplomatik Akademiyasının (ADA) icraçı prorektoru, Amerika Birləşmiş Ştatlarında təhsil alan və "Cənubi Qafqaz 2021:Neft, Demokratiya və Geopolitika" kitabının Fariz İsmayılzadənin iştirakı ilə "Təhsil sistemində innovasiya və dünyada baş verən trendlər" mövzusunda görüş keçirilib. ARGTMŞ-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşün keçirilməsində məqsəd gənclərə yenilik əldə etmək şansı qazandırmaq, gənclər təşkilatları və gənclər arasındakı əlaqələrin möhkəmləndirilməsinə yardımçı olmaq, eyni zamanda gənclərimizə təhsil sisteminin və dünya təhsilindəki təcrübəni bölüşməkdir.

Görüşün nəticəsində gənclər təhsil sistemində innovasiya və dünyada baş verən trendlər haqqında ətraflı məlumat əldə etmiş və maraqlı məlumatlar toplayıblar.

Qeyd edək ki, görüş Gənclər Evində 30 nəfərə yaxın gəncin, yerli gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilib.

Növbəti görüşlərdə iştirak etmək üçün https://www.facebook.com/nayora.az ünvanını mütəmadi olaraq izləyin.

Bütün xəbərlər Facebook səhifəmizdə