Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (QMƏVŞAİB) üzvləri bəyanat veriblər. SİA-ya daxil olan bəyanatın mətnində deyilir:
Hörmətli həmvətənlər!
Ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində əldə olunan uğurlar xalqımızla birlikdə biz Qarabağ əlillərini də hədsiz sevindirir. Sevinirik ki, dövlətimizin iqtisadi qüdrəti artdıqca problemlərimiz həll olunur, yaşayışımız yaxşılaşır. Hər tərəfdə geniş quruculuq abadlıq işləri aparılır. O cümlədən, Lənkəran rayonunda da bu işlər davam etdirilir. Bütün bunlar sakinlər tərəfindən sevinclə qarşılanır. Lakin son vaxtlar bəzi radikal müxalifət nümayəndələri görülən işlərə kölgə salmaq üçün müxtəlif qəzetlərdə, internet saytlarında reallığı əks etdirməyən, tamamilə şər və böhtandan ibarət iftira dolu məlumatlar yayır, ictimaiyyat arasında çaşqınlıq yaratmağa çalışırlar. Sanki onlar bu inkişafdan qıcıqlanırlar. Bu da onu göstərir ki, onlarda vətən təəssübkeşliyi yoxdur. Bu nadanlar yaxşı nə varsa, həmısına qənim kəsiliblər. Onlar sağlam düşüncəli insanları, həqiqəti söyləyənləri küçədə, ictimaiyyətin gözü qarşısında təhqir etməkdən belə çəkinmirlər.
Özlərini müxalifətçi adlandıran bu azğınlaşmış şəxslər hətta Qarabağ müharibəsində yaralanıb əlil olmuş şəxsləri belə təhqir edirlər. Belə bir hadisə bu il iyunun 25-də axşam saatlarında Lənkəran şəhərində baş vermişdir. Həmin vaxt Lənkəran şəhər sakini, 2-ci qrup Qarabağ əlili Kərimov Rəşid Fərman oğlu Cavanşir küçəsindəki çayxananın qarşısından keçərkən çayxanadan çıxan Lənkəran şəhər sakini, Müsavat partiyası başqanının müşaviri Sadıqov Yadigar Sadıq oğlu və iki nəfər tərəfdaşı Kərimov Rəşidə sataşaraq onu lağa qoymuş və ona qarşı alçaldıcı hərəkətlər etmişlər. Kərimov Rəşid Qarabağ müharibəsi əlili olduğunu, gözlərinin zəif gördüyünü bildirərək onları əxlaqa dəvət etmək istədikdə harınlaşmış bu adamlar onun üstünə düşərək hər tərəfdən təpiklə vurmağa başlayıblar. Kərimov Rəşidin davamlı xahişlərinə baxmayaraq Yadigar Sadıqov və dostları əxlaq normalarının son həddini də aşaraq köməksiz insanın şərəf və ləyaqətini, əlliliyini söyərək eynəyini təpik altında əziblər. Sonra onlar Rəşid Kərimovu yerə yıxıb vəhşicəsinə döymüş, üz-gözünü qana boyamış, ona ağır bədən xəsarətləri yetiriblər. Bütün bu hərəkətləri biz təkcə Rəşid Kərimova qarşı deyil, eyni zamanda bütün Qarabağ qazilərinə-Vətən torpaqları uğrunda erməni faşistlərinə qarşı müharibədə sağlamlığını itirmiş, şikəst olmuş vətənpərvər oğullara qarşı hörmətsizlik, etinasızlıq və təhqir sayırıq. Hələ bu azmış kimi Yadigar Sadıqov iki nəfər əlaltısı ilə birləşərək vəhşicəsinə döydüyü Qarabağ əlilini internet səhifəsində açıq şəkildə norkoman adlandırmışdır. Bu tamamilə mənəviyyatsızlıqdır.
Yadigar Sadıqov kimdir? Kim ona ixtiyar verib ki, Qarabağ əlilini söysün, döysün, hələ bir narkoman da adlandırsın. Biz Qarabağ əlilləri və veteranları bu məsələnin hüquq-mühafizə orqanları tərəfindən ədalətli şəkildə araşdırılmasını, Yadigar Sadıqovun və əlaltılarının qeyri-insani hərəkətlərinə görə ən ciddi şəkildə cəzalandırılmasını tələb ediirik :
1. Əliyev Əbulfət - 2-ci qrup Qarabağ əlili, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Lənkəran təşkilatının sədri
2. Hüseynov Səxavət - 2-ci qrup Qarabağ əlili, sədr müavini, bilet № 0216666
3. Qurbanov Eldar - 2-ci qrup Qarabağ əlili bilet № 125662
4. Fətullayev Kazım- 2-ci qrup Qarabağ əlili bilet №133063
5. Əmirova Rüziyyə- 2-ci qrup Qarabağ əlili bilet № 049424
Cəmi: 84 nəfər Qarabağ əlili adından


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB