Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 14-19, gündüz 25-30° isti olacaq.
Bakıda gecə 17-19°, gündüz 26-28° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 millimetr civə sütunu, nisbi rütubət gecə 80-85, gündüz 65-70 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında gündüz hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 9-14°, gündüz 25-30° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 6-11°, gündüz 15-20° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 12-17°, gündüz 24-29° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında Gündüz hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperatur gecə 10-15°, gündüz 21-26° isti olacaq.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gündüz hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 13-18°, gündüz 25-30°, bəzi yerlərdə 32°-dək isti olacaq.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 16-19° isti, gündüz 24-29° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Qeyd edək ki, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişikliyi əksər meteohəssas insanlar üçün əlverişlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB