"Nar Mobile" növbəti uğurlu layihəyə imza atır. SİA-nın məlumatına görə, "Nar Mobile"-ın baş sponsorluğu ilə Kempinski Badamdar otelində "IB Gənclər Məclisi" keçiriləcək. Bu "Nar Mobile"-ın sayca dördüncü layihəsidir.
"IB Gənclər Məclisi" uğurlu, fərqli, yenilikçi gənclərin və gənc ruhlu şəxslərin bacarıqlarını, dünyagörüşlərini, biliklərini və kəşflərini sizlərlə bölüşə biləcəyi tək məclisdir. Bu məclis yenilikçi, fərqli gənclərin məkanıdır. Məclisdə bir uğurla həyatına rəng qatmış, bir bacarığı ilə böyük uğurlar qazanmış gənclər tanınacaq. Həmçinin sizin inkişafınız üçün fürsətlər yaradacaq. IB Gənclər Məclisinə spiker kimi qazandığı uğurları, yaratdığı fərqlilikləri bölüşüb, izləyicilərə öyrədəcək, dəyişiklik yaradacaq, onları həyatda uğur qazanmağa motivasiya etmək məqsədli olan gənclər və gənc ruhlu şəxslər iştirak edə bilər. Məclisə məşhurlaşmaq, tanınmaq məqsədi ilə gələnlər qəbul olunmayacaq.
Qeyd edək ki, "IB Gənclər Məclisi"ində iştirak üçün yerlər məhdud saydadır. İştirakçılar yalnız "IB Club" üzvləri və xüsusi dəvət edilmiş qonaqlardan ibarət olacaq. "IB Gənclər Məclisi" nə iştirakçılar istək məktubu əsasında seçiləcək və bu iştirak tamamilə ödənişsizdir. "IB Club" Azərbaycanın Birinci Gənclər Klubu olan, gənclərin şəxsi inkişafları, bacarıq və biliklərinin artırılması, dünyagörüşlərinin genişləndirilməsi üçün bir çox işlər həyata keçirmişdir. Həmçinin də, gənclərin mütəxəssislərlə görüşlərini təşkil etmiş, maraqlı və aktual mövzularda seminar və treninqlər həyata keçirmiş, gəncləri təcrübə keçmələri üçün şərait yaradıb.
Layihədə iştirak etmək istəyənlər istək məktubunu [email protected] ünvanına göndərməlidirlər.
Tədbir aprelin 6-da baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB