Azərbaycan Prezidenti CNN-İnternational" televiziya kanalına müsahibə verib
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "CNN-İnternational" televiziya kanalının iqtisadi məsələlər üzrə müxbiri Riçard Kestə müsahibə verib.
Dövlətimizin başçısının müsahibəsi həmin gün "CNN-İnternational"da yayımlanıb.
Prezident İlham Əliyev müsahibəsində bp-nin Rusiyanın "Rosneft" şirkəti iləəlaqələrini möhkəmləndirməsi məsələsinə toxunub. Riçard Kvest son zamanlar KİV-dəən çox müzakirə olunan mövzulardan birinin Azərbaycanla BP neft şirkətinin münasibətləri olduğunu deyib. O, hazırda BP-nin Rusiyanın "Rosneft" şirkəti iləəlaqələrini möhkəmləndirdiyini xatırladıb və BP şirkətinin bu faktordan Azərbaycana təzyiq vasitəsi kimi istifadə edə biləcəyini soruşub. Prezident İlham Əliyev isə Azərbaycanın belə bir narahatlığını olmadığını deyib: "İlk növbədə qeyd edim ki, təbii ki, bizim belə bir narahatlığımız yoxdur. BP Azərbaycanda müstəqilliyimizin ilk illərindən - 1994-cü ildən fəaliyyət göstərən bir şirkətdir. Bizim əlaqələrimizin tarixi 20 ilə yaxındır. Bu münasibətlər hər zaman dostluq, əməkdaşlıq əlaqələri əsasında qurulub. Bundan başqa bu münasibətlərin ən azı 20 il də davam edəcəyi gözlənilir. Çünki bizim həyata keçirdiyimiz birgə layihələr gələcəyə hesablanıb. Bu səbəbdən də BP-nin başqa tərəfdaşları ilə hər hansı başqa səbəblərə görəəlaqə qurduğunu düşünmürəm".
Prezident qeyd edib ki, Azərbaycan öz qapılarını ölkəmizdə işləmək, iqtisadiyyatına investisiya yatırmaq istəyən dostlar və tərəfdaşlara geniş şəkildə açıb. Prezident Riçard Kvestin Davos forumunun xarici investorların ölkə ilə tanış olmasına şərait yaradan geniş meydan olması ilə bağlı sualını belə cavablandırıb: "Şübhəsiz ki bu belədir. Bura mənim haqqında danışdığım işləri həyata keçirmək üçün ən yaxşı yerdir. Çünki burada beynəlxalq biznesin, siyasətin elitası təmsil olunur. Davos Forumunda dünyanın aparıcı şirkətlərinin rəhbərləri iştirak edir. Bu baxımdan bura öz ölkəni təqdim etmək üçün ən yaxşı yerdir. Ölkəmiz inkişaf edir və bu inkişaf çox sürətlə gedir. Biz özümüzü beynəlxalq biznes ictimaiyyətinə, xüsusilə də ölkəmizlə işləməyənlərə təqdim etmək niyyətindəyik".
Dövlət başçısı, həmçinin, Azərbaycanın nümayəndə heyətinin Davosdakı əsas vəzifəsinə də toxunub. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı çox stabildir və hətta böhranın olduğu illərdə belə iqtisadi artıma nail olub: "Azərbaycan iqtisadiyyatı dünyada ən sox inkişaf edən iqtisadiyyatlarından biridir. Son 10 ildə ümumi daxili məhsulu 300 faiz artırmağa nail olmuşuq. Bundan başqa hazırda bizim iqtisadiyyatımız şaxələnmiş iqtisadiyyatdır. Bu gün əsas vəzifələrimizdən biri sərmayədarları təkcə enerji sektoruna deyil, o cümlədən qeyri-neft sektoruna, xüsusilə də informasiya texnologiyaları, yüksək texnologiyalar və xidmət sektoruna cəlb etməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB