Sabah Bakıda sulu qar və qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 25-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dekabrın 24-dən 25-nə keçən gecə yarımadanın nisbətən yüksək ərazilərində qar yağacağı gözlənilir.
Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-3 dərəcə isti təşkil edəcək. Dekabrın 24-25-də Bakıda və Abşeron yarımadasında şimal küləyinin yaratdığı soyuq diskomfort hava şəraiti bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Azərbaycanın rayonlarında dekabrın 25-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 6-11, yüksək dağlıq ərazilərdə 12-17, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB