Müəlliflər kollektivi tərəfindən "Qədim Şərur" kitabı çapdan çıxıb. Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, yeni nəşrin elmi redaktoru, akademiyanın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, məsləhətçisi akademik İsa Həbibbəylidir.
Kitabda Şərur rayonunun tarixi, coğrafi mövqeyi, flora və faunası, habelə qazıntılar zamanı aşkar olunmuş arxeoloji materialların geniş texnoloji və tipoloji təhlili əksini tapıb.
Nəşrdə son illərdə qədim yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələri müəlliflər tərəfindən elmi cəhətdən təhlil olunur, Şərur ərazisinin qədim türk tayfalarının Vətəni olduğu göstərilir.
Şərur rayonunun qədim yaşayış yerlərinin tarixinin öyrənilməsi istiqamətində mühüm rol oynayan və üç dildə (Azərbaycan, rus, ingilis) nəşr olunan kitabda fotoşəkillər və qrafik təsvirlər də verilib.
Kitab Naxçıvanın qədim tarixini dərindən öyrənmək istəyənlər üçün dəyərli töhfədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB