BƏƏ fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyəti Milli Dirçəliṣ Günü və Konstitusiya Günü münasibətilə Dubayda tədbir keçirib.
Tədbirdə iṣtirak edən "Əl-Bəyan" qəzetinin müxbiri qəzetin bugünkü sayında "Azərbaycan Milli Dirçəliṣ və Konstitusiya bayramlarını qeyd edir" sərlövhəli məqalə dərc edib.
Məqalədə deyilib: "BƏƏ Azərbaycan diasporu Azərbaycanın rəsmi bayramını - Milli Dirçəliṣ Gününün 22 ildönümünü və Konstitusiya gününü qeyd edib. Bayram tədbirində çıxıṣ edən Azərbaycan diasporunun rəhbəri Samir İmanov bildirib ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasi Referendum yolu ilə 1995-ci ilin noyabr ayının 12-də qəbul edilib. 1990 ilin noyabr ayının 17-də Naxçıvanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sədrliyi ilə keçirilən ilk sessiyada qərara alinıb ki, Naxçıvan Sovet Sosialis Respublikası adından Sovet və Sosialist sözləri götürülsün və Azərbaycanın 3 rəngli bayrağı ölkənin hər tərəfində qaldırılsın. Bu gün, Azərbaycanın müstəqilliyinin rəsmən bəyan edilməsindən öncə belə Azərbaycanın ilk Milli Dircəliṣ günü hesab edilir".
İmanov qeyd edib ki, Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsində ümummilli lider Heydər Əlieyvin misilsiz və xüsusi rolu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB