Çanaqqalada evi tərk edən arvadını və bir yaxınını silahla yaralayan Əli Eski adlı Türk vətəndaş daha sonra özünə qəsd edib. SİA-nın əldə etdiyi məlumata görə, 38 yaşlı Əli Eski Qaradəniz Ereylisindəki evindən ayrılaraq bir yaxınının yanında yaşamağa başlayan 32 yaşlı həyat yoldaşı Hədiyə Eski ilə görüşmək üçün Çanaqqalaya gedib.
Arvadı ilə Kordon Boyu yaxınlarındakı körpüdə danışan Ali Eski aralarında çıxan mübahisə əsnasında tapança ila əvvəlcə ətrafa atəş açıb. Sonra həyat yoldaşına atəş açaraq onu yaralayıb, sonra isə arvadının yaxını Gülşən Qorxmazı da yaralayıb.
Daha sonra silahı gicgahına doğru tuşlayan Eskini hadisə yerinə gələn polislər fikrindən çəkindirməyə çalışıblar. Lakin bədbəxt hadisənin qarşısını almaq mümkün olmayıb. Ağır yaralanan Əli Eski, Hədiyə Eski və yaxını Gülşən Qorxmaz Çanaqqala Dövlət Xəstəxanasına aparılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB