Yeni oyun cəmiyyətə nə öyrədəcək?

Yeni oyun cəmiyyətə nə öyrədəcək?

FİFA-nın rəsmi sponsoru olan VİSA Azərbaycanda "İqtisadi futbol" adlı yeni öyrədici interaktiv oyun istifadəyə verib. Layihə Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə birgə həyata keçirilib. Məqsəd cəmiyyətdə maliyyə biliklərinin artırmaqdan, məsuliyyətli və şüurlu büdcə yığımını öyrətməkdən ibarətdir.

VİSA şirkətinin MDB və Cənub-Şərqi Avropa üzrə baş direktoru Jean-Marc Tonti VİSA şirkəti haqqında məlumat verib, fəaliyyət aspektlərindən danışıb: "Bu layihənin həyata keçirilməsi kütlə arasında maliyyə biliklərini artmasına yardım edəcək. Biz çalışacağıq ki, gələcəkdə də, insanların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində maliyyə savadlılığı proqramları hazırlayaq".

Mərkəzi bankın inkişaf departamentinin direktor müavini Natəvan Məmmədova ölkə əhalisinin maliyyə savadlılığının Azərbaycan Respublikası Mərkəzi Bankının əsas məqsədlərindən biri olduğunu bildirib: "Bankçılıq və maliyyənin əsaslarını məktəb şagirdlərinə və tələbələrə öyrətmək, iqtisadiyyat və maliyyə haqqında xəbərləri düzgün və professional səviyyədə paylaşmaları üçün KİV nümayəndələrinə təlimlər keçmək məqsədilə müxtəlif layihələr həyata keçiririk. "İqtisadi futbol" layihəsidə həyata keçirdiyimiz növbəti uğurlarımızdan biridir".

Daha sonra tədbirdə vergilər nazirliyinin vergi ödəyicilərinə xidmət departamentinin direktoru Elçin Məmmədov layihə haqqında öz fikirlərini bildirib. Qeyd olunub ki, oyunun Azərbaycan və rus dilində versiyaları mövcuddur. Tezliklə oyunu onlayn şəkildə Azərbaycan və rus dillərində oynamaq mümkün olacaq.

Sonda "İqtisadi futbol" oyunun əyani şəkildə təqdimatı keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə